Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət edib

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

1 kiloqram heroin və “patı” ilə Şamaxıya istirahətə gələn şəxs tutulub –

Sonrakı məqalə

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi –