Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına əlavə Protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.
Bu sənəd 22 oktyabr 2015-ci ildə Riqada qəbul edilib.
Sənəddə terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışılır. Əsasən, terror məqsədilə xaricə gedən şəxslərin barəsində operativ informasiya mübadiləsi üçün əlaqə məntəqələrinin yaradılması nəzərdə tutulur.