Prezident İlham Əliyev və birinci xanım Şəhidlər Xiyabanını ziyarət edib

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Əvvəlki məqalə

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib

Sonrakı məqalə

Dərman idxalı ilə məşğul olan şirkətlərə