Prezident İlham Əliyev Valter Ştaynmayerə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermis faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

Dövlət başçısı başsağlığı məktubunda qeyd edib: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.