Prezident məşhur aktyorlara “Şöhrət” ordeni və “Xalq artisti” adı verdi –Dram Teatrın əməkdaşları təltif olundu (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

“Şöhrət” ordeni ilə

Dadaşov Rafael Məlik oğlu

Quliyev Nurəddin Əzulla oğlu

Məlik Ramiz Ağarza oğlu

“Tərəqqi” medalı ilə

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Atakişiyeva Mətanət Ağazair qızı

Əliyeva Münəvvər Sabir qızı

Həsənov Rafael Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Quliyev Elxan Əli Bala oğlu

Məmmədov Elnur Mehrəli oğlu

Məmmədov Hacıbaba İsmayıl oğlu.

 

Prezident İlham Əliyev digər sərəncamı ilə Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə, Abdullayev Kazım Ənvər oğlu və Nurzadə Əli Qayıb oğluna “Xalq artisti” fəxri adı verilib.

Abdullayev Mətləb Fətəli oğlu, Babayeva Əminə Ağahüseyn qızı, Bəxtiyarov Rəşad Bəhram oğlu və Qarayev Elnar Cəfər oğluna “Əməkdar artist” fəxri adı verilib.

Prezident İlham Əliyev həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Cəfərova Bəsti Əli qızı

Əsədova Məleykə Əlifağa qızı

Mustafayeva Laləzar Bəşir qızı

Novruz Ramiz Qəvvam oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qayıqdakı partlayışda yaralanan 3 nəfərdən 2-nin vəziyyəti ağırdır –

Sonrakı məqalə

Rusiyanın müdafiə naziri: