Prezident Nikolas Maduro Azərbaycana gəlib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

“Mən niyə istefa verməliyəm? İşgəncələrin qarşısını mən almışam” –

Sonrakı məqalə

“İcazə verməməliyik ki, Rusiya Ukraynada qalib gəlsin” –