Prezident “Qarabağ”ı təbrik etdi –"Azərbaycan futbolunun tarixi zəfəridir"

Prezident İlham Əliyev “Qarabağ” klubunu qələbə münasibəti ilə təbrik edib.
AzPost bildirir ki, bu barədə dövlət başçısı paylaşım edib.
“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.
“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.
Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.
Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.