Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.
Media nümayəndələri çap prosesi ilə tanış olub.
Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap edilməsi nəzərdə tutulub.