Prezident seçkilərini 790 beynəlxalq müşahidəçi izləyəcək

Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsidir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 90 372 müşahidəçi qeydə alınıb: “Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir, 72 beynəlxalq təşkilatı təmsil edir. Onların hamısı mötəbər təşkilatlardandır. Artıq tam tərkibdə müşahidəçilər burdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilər var. TÜRK PA nümayəndələri də burada iştirak edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.