Amaliya Pənahovanın oğlu Vatikana səfir təyin edildi –SƏRƏNCAM

İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın  Amerikadakı  səfirliyinin  siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub. İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. İ.Muxtarov Azərbaycan səfiri kimi  eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. 2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Səfir rus, ingilis, türk dillərini əla, ərəb və ispan dillərini isə orta səviyyədə bilir.

İlqar Muxtarov Azərbaycan teatr və kino sənətinin görkəmli xadimləri Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun övladıdır.

Əvvəlki məqalə

“Aİ İranın Ukraynadakı döyüş əməliyyatlarında iştirakına dair sübutlar axtarır”

Sonrakı məqalə

Birinci vitse-prezident Gəncə terroru ilə bağlı paylaşım edib