“Prezident Vladimir Putin vaxtı gələndə Donbasa səfər edəcək”- PESKOV

“Rusiya prezidenti Vladimir Putin vaxtı gələndə Donbasa səfər edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hələlik belə bir səfər planlaşdırılmır.

“Hələlik konkret planlar yoxdur, amma şübhə etmirəm ki, Putinin Donbasa gələcəyi vaxt gələcək. Bunlar Rusiyanın regionlarıdır və prezident orada olacaq”, – Peskov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Putinin mətbuat katibi Ukrayna ərazisinə səfər edib

Sonrakı məqalə

AXC-nin 1919-cu ildə həbs etdiyi ilk rus casusu –