Prezident Zelenski İspaniyaya gedir

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.

Bu  barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, – məlumatda deyilir.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.

Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin hazırlandığını bildirib.

Əvvəlki məqalə

Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb

Sonrakı məqalə

Türkiyədə Baş nazir Menderesin edamı ilə bitən hərbi çevrilişdən 64 il ötür