Prezidentdən rayonda əmlakı girov kimi qəbul etməyən banklara xəbərdarlıq:

“Buna son qoyulmalıdır”
04 Fevral 2020 - 01:57

 Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı  rayonlarda yaşayan sahibkarlar üçün mühüm əhəmiyət daşıyan bir məsələyə toxunub.

Azpost.info bildirir ki, dövlət başçısı bankların rayonlarda əmlakları girov kimi qəbul etməkdən imtinasını tənqid edib. Prezident bunu “ayrı-seçkilik” adlandırıb: Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz”.

İlham Əliyev aidiyyəti qurumlara bu məsələ ilə də ciddi məşğul olmağı tapşırıb.