Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun baş katibinin müavini, səfir Mirça Coane ilə görüşəcək.
Bu barədə NATO-nun sözçüsü Oana Luncesku bildirib.
Görüş yanvarın 20-də Brüsseldə NATO-nun baş qərargahında keçiriləcək.