Prezidentin köməkçisi:“Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan 30 nəfərdə koronavirus aşkarlanıb

Sonrakı məqalə

Azərbaycanda son günlər aşkarlanan yoluxmaların mənbəyi açıqlanıb