Prezidentin yaratdığı Fond müharibə əlillərinin və şəhidlərin kreditlərini ödəyəcək

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb.

Azpost.info bildirir ki, Fondun vəsaitlərindən yaralı və şəhid ailələrinin problemlərinin həlli üçün istifadəsi nəzərdə tuutlur.

Sərəncamda göstərilir ki, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

– məişət şəraitinin yaxşılaşdırılması;

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir