Prezidentin iştirakı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələr keçirilir –

CANLI
20 May 2021 - 17:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilir.

Müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edir.