Priqojinin müavini Sankt-Peterburqda dəfn olundu

“Vaqner”in qurucusu Yevgeni Priqojinin müavini, Rusiya Qəhrəmanı Valeri Çekalov bu gün dəfn olunub.

Azpost.info xəbər verir ki, bu barədə “Mash” kanalı video paylaşıb.

Görüntülərdə qara geyinmiş səkkiz nəfərin təyyarə qəzasında ölən Çekalovun cəsədi olan tabutu cənazə maşınına qoyduğu görünür. Bunun ardınca dəfn mərasiminin keçirildiyi Sankt-Peterburqdakı qəbiristanlıqdan kadrlar təqdim olunur. Dəfn mərasiminə çoxlu sayda insanın qatıldığı görülür.

Kanalın məlumatına görə, Çkalov Yevgeni Priqojinin strukturları ilə əlaqəli müxtəlif şirkətlərdə vəzifə tutub. 2011-ci ildən onlarla birlikdədir. O, Sankt-Peterburqun Vıborqski rayonunun Parqolovo kəndində yerləşən Şimal qəbiristanlığında dəfn olunub.

Avqustun 23-də Tver vilayətində qəzaya uğrayan Yevgeni Priqojinin “Embraer Legacy” şəxsi təyyarəsinin göyərtəsində Valeriy Çekalov olub. Ondan əlavə Priqojin özü, “Vaqner”in komandiri Dmitri Utkin və iş adamının mühafizəçiləri olduğu iddia edilən sərnişinlər siyahısında yer alıb.

Priqojinin dəfnin yeri və tarixi barədə heç nə məlum deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin biznesmenin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.

Azpost.info

Əvvəlki məqalə

Nazirlik qeydiyyatda olan pensiyaçıların sayını

Sonrakı məqalə

Sabah Bakıda leysan yağacaq