Nazirlik qeydiyyatda olan pensiyaçıların sayını- AÇIQLADI

Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,5 faiz artırılaraq 2919,3 milyon manata çatdırılıb. Sərf olunan vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, 2023-cü il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib və orta aylıq əməkhaqqının 47,2 faizinə bərabər olub.

 

 

 

Əvvəlki məqalə

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

Sonrakı məqalə

Priqojinin müavini Sankt-Peterburqda dəfn olundu