Priqojinin ölümündən sonra Mərkəzi Afrikaya ABŞ muzdluları gəlib

“Vaqner”in qurucusu Yevgeni Priqojinin ölümündən sonra Mərkəzi Afrika Respublikasına ABŞ-ın “Bancroft” özəl hərbi şirkətinin əməkdaşları gəliblər.

Azpost.info xəbər verir ki, RFİ yazır ki, muzdlular yerli hərbçilərə təlim keçəcəklər.

Mənbələr bildiriblər ki, yeni şirkət hazırda avadanlığı, xüsusən də dronları yerləşdirmək üçün uyğun yer axtarır.

Nəşrin beynəlxalq təhlükəsizlik sahəsindən olan mənbəsinin sözlərinə görə, “Bancroft” hərbiləşdirilmiş qrupların fəaliyyət göstərdiyi ərazilərdə mədən infrastrukturunu qoruyacaq bölmənin yaradılması ilə məşğul olacaq. Yataqlar MAR-ın hökumətə yaxın adamları tərəfindən işlənəcək və mənfəət dövlət, “Bancroft” və əhali arasında bölüşdürüləcək.

“Amerikalılar həqiqətən buradadırlar, lakin hələ işə başlamayıblar”, – MAR prezidentinə yaxın mənbə təsdiqləyib.

“Bancroft” əvvəllər Somali, Uqanda, Keniya və Liviyada fəaliyyət göstərib. Nəşrin həmsöhbətləri hesab edirlər ki, Birləşmiş Ştatlar ondan Priqojinin ölümündən sonra MAR-ın dövlət qurumlarında çatlamağa başlayan Rusiya hegemonluğuna son qoymaq üçün istifadə edə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Qarabağda 9 su anbarı yenidən qurulacaq

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb