“Vaqner”in rəhbəri Priqojinin təyyarəsi qəzaya uğrayıb- Bütün sərnişinlərin öldüyü deyilir

Tver vilayətində təyyarə qəzaya uğrayıb.

Azpost.info xəbər verir ki, ilkin məlumata görə, təyyarənin göyərtəsində olanların hamısı həlak olub.

“112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan hərbi təyyarədir.

“Baza” Teleqram kanalı yazır ki, RA-02795 təyyarəsi “Vaqner”in qurucusu Yevgeni Priqojinə məxsusdur. Onun təyyarədə olub-olmadığı məlum deyil.

İddialara görə, iş adamı adətən başqa təyyarə (“RA-02878” nömrəli) ilə uçurdu.

Jirnalist Kseniya Sobçak da hadisə ilə bağlı paylaşım edib. “Mənbələrim bildirir ki, Yevgeni Priqojinə məxsus “Embraer” təyyarəsi indi Tver vilayətində qəzaya uğrayıb. Bu, Xotilovodan 15 kilometr aralıda baş verib. Əldə etdiyimiz məlumata görə, orada 3 ekipaj üzvü və 7 sərnişin olub. Priqojinin özünün orada olub-olmadığı məlum deyil”, – jurnalist şəxsi Teleqram kanalında yazıb.

Baza teleqram kanalının məlumatına görə, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub. “Rosavia”nın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan yüklərin Ağdam yolu ilə aparılmasını istəyir” –

Sonrakı məqalə

Masallıda dini icma öz hesabına məscidin həyətinə asfalt döşəyib –