Masallıda dini icma öz hesabına məscidin həyətinə asfalt döşəyib –FOTO

Masallı rayonu Sığdaş kəndinin dini icması özünün maliyyə vəsaiti ilə kənd məscidinin həyəti asfaltlayıb.

Sığdaş kənd mıscidi dini icmasının sədri Hümmət Cəfərov Azpost.info saytına bildirib ki, 1400 kvadrat metr ərazinin asfaltlanmasına 16000 manat vəsait xərclənib.

Qeyd edək ki,Sığdaş kənd məscidi XIX əsrdə inşa edilib. 2002-ci ildə isə əsalı şəkildə təmir edilib. Abidə yarım metr hündürlükdə olan səki üzərində tikilib. Məscidin divarları yerli ustalar tərəfindən qırmızı kərpiclə hörülüb. Ön hissədə iki tağvari qapı və dörd pəncərə var. İbadətgahın yan tərəflərində də əlavə iki tağvari pəncərə var.

Giriş qapılarına enli və uzun pilləkənlər çəkilib. İbadət evinin həyətində isə kərpicdən tikilmə Əli bulağı var.
Məscidin 25 metr hündürlükdə qoşa minarəsi var. Günbəz və minarələrin üstü qızılı rəngli dəmir təbəqə ilə üzlənib.

Sığdaş kənd məscidi dini icması Silahlı Qüvvələr və Bilik Fondlarlarına, Türkiyədə zəlzələdən zərər çəkmiş qardaşlarımıza, şəhid,imkansız ailələlərə, qazilərimizə etdiyi yardımlar göndərib.

 

Əvvəlki məqalə

“Vaqner”in rəhbəri Priqojinin təyyarəsi qəzaya uğrayıb

Sonrakı məqalə

“Qəzaya uğrayan təyyarədə Priqojin də olub”