Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Prokuror Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza tələb edib

User 09 Dekabr 2025 - 18:26 (Last updated: 09 Dekabr 2025 - 18:26)
ereb sehid video

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi elan olunub.

Daha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Eyni zamanda, cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.

Müdafiə tərəfi videogörüntülərdəki danışıqların linqivistik ekspertizaya verilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib.

Zərərçəkmiş tərəf qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, təqsirləndirilən şəxsləri bağışladıqlarını bildirib.

Vəsatət təmin edilməyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini və cəzadan sonra ölkədən məcburi çıxarılmalarını istəyib.

Zərərçəkən tərəfin nümayəndələri təqsirləndirilən şəxslərin səhvlərini anladıqlarını əsas gətirərək şikayətçi olmadıqlarını və onları bağışladıqlarını bildirib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi 16 dekabrda keçiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

AzPost.az

Post navigation

Previous: Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
Next: “Putindən əvvəl də Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi” –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.