Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.
Bunu APA-nın Rusiya bürosuna Azov dənizində dronun vurduğu gəminin Azərbaycan vətəndaşı olan bosmanı Rəşad Mədətxanov bildirib.
Emin Valehov isə yaralı olsa da, özünü yaxşı hiss etdiyini bildirib: “Həmvətənlilərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.
Digər yaralı Namiq Cəfərli də onlara olan diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə, diaspora təşəkkürlərini çatdırıb.
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.
Bunu Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin nəzarəti altındadır.