“PUA hucumunu idarə edən ofisimiz Rusiya ərazisində olub” –Zelenskidən şok açıqlama

Zelenski
Zelenski

Ukrayna prezidenti Zelenski Rusiya hərbi aerodromlarına PUA hucumu ilə bağlı açıqlama verib.

AzPost bildirir ki, canlı yayımla çıxış edən Zelenski bu hucumu “parlaq nəticə” adlandırıb.

“Bizim uzaqmənzilli əməliyyatımız və parlaq nəticə” – deyə Zelenski “Hörümçək toru” xüsusi əməliyyatının nəticələri haqqında deyib.

“İndi sizə hər şeyi deyə bilmərik. Bu, Ukraynanın tarix kitablarına düşəcək hərəkətləridir” – prezident əlavə edib.

Onun sözlərinə görə, “Hörümçək toru” əməliyyatında 117 drondan istifadə edilib. Bu PUA-lar operatorlar idarə edib.

“Rusiya ərazisindəki əməliyyatımızın ofisi bilavasitə onların regionlarından birində Rusiya FTX-nin baş qərargahının yanında yerləşirdi”, – prezident əlavə edib.

Zelenski deyib ki, Rusiya 40-dan çox strateji təyyarəsini itirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.