Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Ukrayna lideri Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydeni Kiyevə dəvət etməsinə təəccüblənib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Puşkov bu barədə özünün “Telegram” kanalında yazıb: “Baydenin bütün amerikalıları təcili olaraq Ukraynanı tərk etməyə
çağırdığını və ABŞ-ın Kiyevdən bəzi diplomatlarının təxliyəsini elan etdiyini nəzərə alsaq, Zelenskinin bu dəvəti qəribə görünür”.
Puşkov bildirib ki, Zelenskinin bu jesti Ukrayna prezidentinin Vaşinqtonun bir həftədir səsləndirdiyi bəyanatlardan xəbərsiz olduğuna şübhələr yaradır. Qeyd edək ki, Zelenski Baydenlə son telefon söhbəti zamanı onu Ukraynaya səfərə dəvət edib. Ukrayna hökumətindəki mənbə bildirib ki, ABŞ administrasiyasının rəhbəri Kiyevə ən qısa zamanda gəlmək xahişinə müsbət cavab verməyib.
Azpost.info
