“Putinə qalib gəlmək lazımdır” –Conson ABŞ-a müraciət etdi

Britaniyanın sabiq Baş naziri Boris Conson ABŞ-ı Ukraynanın müharibədə qalib gəlməsi üçün lazım olan bütün zəruri olanları verməyə çağırıb. 

Azpost.info bildirir ki, bu barədə Conson Tvitter-də yazıb.

“Putinə qalib gəlmək üçün Ukrayananın bütün lazımi şeylərlə təmin olunmasının tərəfdarıyam. ABŞ bunun üçün çox işlər görüb. Ona görə, mən təşəkkür etmək üçün Vaşinqtona gəlmişəm. Allah Amerikanı qorusun!”-deyə Conson yazıb.

Sabiq Baş nazir bildirib ki, Ukraynanı dəstəkləyən respublikaçıların və demokratların həmrəyliyi onu heyrətləndirib.

 

 

Əvvəlki məqalə

İrandan Azərbaycana keçirilən18 kq narkotik ələ keçdi

Sonrakı məqalə

Gölün dibində olan sirli daş tikili alimləri heyrətə salır