Gölün dibində olan sirli daş tikili alimləri heyrətə salır

İsraildə Qalileya dənizi kimi tanınan Kineret gölünün dibində sirli struktur alimlərin marağına səbəb olub.

Azpost.info bildirir ki, böyük həcmdə olan bu daş kütləsinin 12 min il yaşı olduğu guman edilir. Bir sıra arxeoloqların fikrincə, 2003-cü ildə aşkar edilən, çoxlu daşlardan ibarət olan bu təpəlik dəfn məkanıdır. Onun diametri 70 metr, hündürlüyü 10 metrdir. Çəkisinin isə 60 min tondur.

Bu günə qədər aydın deyil ki, bu həcmli tikilini hansı sivilizasiya nə məqsədlə tikib.

Hayfa Universitetindən olan arxeoloq Dani Nadel tikilini tədqiq eidb.

“Bu çox sirli və maraqlı tapıntıdır. Əsas sual nədir? Biz bilmirik kim və nə üçün bunu tikib? Bunun funksiyası nə olub? Biz yalnız bilirik ki, bu tikili mövcuddur, nəhəngdir və qeyri-adidir”-deyə alim Fox News-a bildirib.

Tikili ilə bağlı qazıntı işləri üçün 100 minlərlə dollar tələb olunur.

Azpost.info

Əvvəlki məqalə

“Putinə qalib gəlmək lazımdır” –

Sonrakı məqalə

Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsindən çıxarılıb