“Putin ərzaq böhranına görə məsuliyyət daşıyır” –ABŞ dövlət katibinin müavini

“Rusiya prezidenti Vladimir Putin qlobal ərzaq böhranına görə məsuliyyət daşıyır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib. “Putinin başlatdığı müharibənin nəticələri Ukraynanın hüdudlarından çox kənara çıxıb və dünyanın ərzaq təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Bu ərzaq böhranını Putin yaradıb. Bunu dayandıra biləcək yeganə şəxs də odur”, – Şerman deyib. Departament rəsmisinin sözlərinə görə, hazırda Rusiya Qara dənizdə dünya bazarına ərzaq çatdırmaq üçün Aralıq dənizinə getməli olan 94-ə yaxın gəminin qarşısını kəsir: “Rusiya qüvvələrinin yaratdığı təhlükəni nəzərə alaraq indi bir çox daşıyıcı öz gəmilərini Qara dənizə göndərmək istəmir”. ABŞ Dövlət Departamentinin məlumatına görə, Qara dəniz regionu dünya günəbaxan yağı ixracının 75 fazinə, buğda ixracının 30 faizinə və taxıl ixracının 20 faizinə məsuldur. “Putinin müharibəsi taxılın Ukraynadan ixracına mane olur. Ukrayna şəhərlərinin və əsas infrastrukturunun fasiləsiz bombalanması onilliklər ərzində ən sürətlə böyüyən humanitar böhranlardan birinin birbaşa səbəbidir”, – Şerman əlavə edib. Azpost.info

Əvvəlki məqalə

“Rusiyaya qarşı sanksiyalar 20-30 il qüvvədə qalacaq” –

Sonrakı məqalə

Prezident Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib