“Putin batmış “Moskva” kreyserini müzakirə etməyəcək” –Kremlin sözçüsü

Rusiya prezidenti Vladimir Putin batmış “Moskva” kreyserindəki yanğının səbəblərini müzakirə etmək üçün iclas keçirməyi planlaşdırmır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Prezidentin belə görüşləri nəzərdə tutulmayıb”, – Peskov bildirib.

Qeyd edək ki, aprelin 14-də Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri müqavimət göstərmək və tarazlığı saxlamaq qabiliyyətini itirərək batıb. Ukrayna Silahlı Qüvvələri “Moskva” kreyserini “Neptun” raketi ilə vurduğunu açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

İctimai Şuranın sədri Əliməmməd Nuriyev nazir Vilayət Eyvazovla görüşüb

Sonrakı məqalə

Azərbaycanda əhalinin sayı açıqlanıb