Rusiya prezidenti Vladimir Putin məhsul və xammal üçün ədalətli qiymətlər yaradan BRIKS taxıl birjasının yaradılmasını təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin xatırladıb ki, assosiasiyada iştirak edən bir sıra ölkələr qlobal taxıl məhsulları istehsalçılarıdır.
“Bir sıra BRİKS ölkələri taxıl, paxlalılar və yağlı bitkilər üzrə dünyanın ən böyük istehsalçıları sırasındadır. Bununla əlaqədar məhsul və xammal üçün ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşmasına töhfə verəcək BRİKS taxıl birjasının açılmasını təklif etdik”, – Putin deyib.
Onun fikrincə, bu layihə milli bazarları mənfi kənar müdaxilələrdən, spekulyasiyalardan və məhsulların süni qıtlığını təhrik etmək cəhdlərindən qorumağa kömək edəcək. Putin taxıl birjasının zaman keçdikcə tam əmtəə birjasına çevrilə biləcəyini istisna etməyib.
Azpost.info