Putin Jirinovski ilə vidalaşarkən fəxri qarovul niyə olmayıb?-FOTO

Kremlin mətbuat katibi Peskov prezident Putinin LDPR sədri Jirinovski ilə vida mərasiminə gələrkən zalda nə üçün fəxri qarovulun olmamasına aydınlıq gətirib. 
Azpost.info bildirir ki, Peskov bu barədə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Putin insanların axınına mane olmamaq üçün vida mərasiminə özü bilərəkdən tez gəlib: “Putin bu mərasimi demək olar ki , ilk olaraq başladı. Ondan sonra uzun insan növbələri gəlməyə başladı. O sadəcə tez gəldi“-deyə Peskov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Putinin Jirinovski ilə vidalaşması zamanı fəxri qarovulun olmadığı əks olunan kadrkar müzakirə doğurub. Videogörüntülərdə Putindən sonra gələnlərin vidalaşması zamanı tabut ətrafında fəxri qarovulun durduğu  görünür.
Əvvəlki məqalə

“Sosial ədalətin tənzimlənməsi vacib məsələdir” –

Sonrakı məqalə

Britaniya Putinin qızlarına sanksiya tətbiq etdi –