Rusiya Prezidenti Vladimir Putin gənc yaşlarında kaskadyor kimi bir neçə sovet filmində çəkilib.
Azpost.info bildirir ki, Putinin filmoqrafiyasında ən azı iki film var. Bunlar 1972-ci ildə çəkilmiş “İjorsk batalyonu” və 1973-cü ildə lentə alınmış məşhur “Mühasirə” filmdir. Hər iki film Böyük Vətən Müharibəsinə həsr olunub.
Sambo ilə məşğul olan gənc Putin yoldaşları ilə filmlərdə kaskadyor kimi iştirak ediblər. Filmlərdə onlar həm alman, həm də sovet əsgərlərini oynayıblar. Sovet tələbələri üçün o zaman hər çəkiliş gününə 75 manat almaq böyük məbləğ idi.
Dövlət başçısının kino təcrübəsi barədə “Dojd” telekanlına Dumanın sabiq deputatı , sambo üzrə Beynəlxalq Federasiyanın prezidenti Vasiliy Şestakov danışıb: “Kimi oynayacağımızın bizim üçün fərqi yox idi. Buna görə bizə yaxşı pul ödəyirdilər. Tələbə idik, həmin pula “Qafqaz” restoranında otua bilərdik. Mühəndis maaşı 110 manat idi. Çəkiliş gününə isə 75 manat alırdım”.
Şestakov deyib ki, o Putinlə birlikdə “Blokada” və “İjorsk batalyonu” filminə çəkiliblər. Üçüncü filmi isə adını xatırlaya bilməyib. Müxtəlif mənbələrə görə, bu “Ulduz” hərbi dramı ola bilərdi.
Azpost.info