Putin məktəb və universitetlərdə hərbi təbliğatın gücləndirilməsinə göstəriş verdi

Rusiya prezidenti Vladimir Putin bu ilin büdcəsində rekord məbləğin – 40 milyard rublun ayrıldığı məktəb və universitetlərdə hərbi təbliğatın gücləndirilməsi barədə göstəriş verib.

Azpost.info xəbər verir ki, Rusiya Təhsil və Elm Nazirliyi “Rosmolodyoj”la birlikdə məktəb mühitində məlumatlandırmanın aparılması üçün əlavə tədbirlər görməlidir.

Kremlin saytında dərc olunan sənədə əsasən, həmin idarələrə “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin gəncləri ilə işi gücləndirmək də tapşırılıb.

2023-cü ildə Rusiya hökuməti “Təhsil” milli layihəsi çərçivəsində vətəndaşlar arasında vətənpərvərlik tərbiyəsi üçün xərcləri 6 dəfə artırdı. Əgər 2022-ci ilin büdcəsində hərbi təbliğat dərsləri, ləvazimatların alınması və uşaq vətənpərvərlik düşərgələrinin maliyyələşdirilməsi üçün 6,47 milyard rubl ayrılmışdısa, bu il bu artıq 39,7 milyard rubl təşkil edir. 2024-cü ildə bu məbləğin daha 13 faiz artırılaraq 44,32 milyard rubla çatdırılması planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

“Taxıl sazişi”ni Rusiyasız davam etdirmək cəhdləri riskdir” –

Sonrakı məqalə

Altı ayda təyyarə ilə 1 milyon 233 min sərnişin daşınıb –