“Taxıl sazişi”ni Rusiyasız davam etdirmək cəhdləri riskdir” –Moskva xəbərdarlıq etdi

“Taxıl sazişi”ni Rusiyanın iştirakı olmadan davam etdirmək cəhdləri risklərə gətirib çıxaracaq, çünki taxıl dəhlizi müharibə zonasına bitişikdir və hətta Kiyevin özü də bu dəhlizdən hərbi məqsədlər üçün istifadə edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qara dəniz təşəbbüsündə iştirakının dayandırılmasına baxmayaraq, Ukrayna tərəfinin Türkiyəyə Ukraynadan taxıl ixracını davam etdirmək təklifini şərh edərkən deyib.

Kreml sözçüsünün sözlərinə görə, bu məsələ Rusiya hərbçiləri tərəfindən “şərh tələb edir”, çünki söhbət birbaşa döyüş bölgəsinə bitişik zonadan gedir. “Müvafiq təhlükəsizlik zəmanətləri olmadan orada müəyyən risklər yaranır. Ona görə də Rusiyasız nəsə hərəkət edilirsə, bu risklər nəzərə alınmalıdır. Burada biz deyə bilmərik ki, bu riskləri hansı dövlətlər öz üzərinə götürməyə hazırdır”, – deyə Peskov vurğulayıb.

Əvvəlki məqalə

“Rusiya ilə “taxıl sazişi”nin bərpasına dair danışıqlar aparmayacağıq”

Sonrakı məqalə

Putin məktəb və universitetlərdə hərbi təbliğatın gücləndirilməsinə göstəriş verdi