Putin MDB dövlət başçılarını Yeni il süfrəsinə dəvət etdi:“Yemək yeyərik, danışarıq”

Vladimir Putin MDB dövlət başçılarını Avrasiya İqtisadi İttifaqı üzvlərinin dekabr ayında keçiriləcək qeyri-formal görüşünə dəvət edib.

Azpost.info bildirir ki, Rusiya prezidenti bu dəvətlə MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində çıxış edib:

“Biz  hər il dekabrın 20-də ənənəvi olaraq qeyri-rəsmi yığışırıq. MDB-nin bütün dövlət başçılarını bizə qoşulmağa dəvət edirəm. Yeni il qabağı səmimi, tamamilə dostluq mühitində cari məsələlər, yeni ildə görəcəyimiz  işlərlə bağlı fikir müdaliəsi aparaq, aktual beynəlxalq məsələləri  müzakirə edək”.

Putinin sözlərinə görə, bu barədə Avrasiya İttifaqı üzvləri ilə məsləhətləşmə aparılacaq. O, bildirib ki, MDB dövlət başçıları ilə iemək masası arxasında cari məsələləri birgə müzakirəsi faydalı olar.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir