Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsini təklif etdi

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün Moskvada keçirilən yubiley sammiti zamanı MDB-yə müşahidəçi statusunun verilməsini təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-dəki tərəfdaşlarımızla qarşılıqlı əlaqəni artırmalıyıq. Yeri gəlmişkən, MDB-yə müşahidəçi statusunun verilməsi, fikrimizcə, məqsədəuyğun və düzgün olardı. Biz bunu müzakirə edəcəyik”, -Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiya üçün təhdid yaratmır” –

Sonrakı məqalə

Rusiya öz “Coca-Cola” və “Fanta”sını buraxdı –