Putin sabiq prezident Yeltsinin qəbrinə çələng göndərdi- FOTO

Rusiyanın birinci prezidenti Boris Yeltsinin Moskvadakı məzarı üzərinə Rusiya prezidenti Vladimir Putinin adından çələng qoyulub.

Azpost.info xəbər verir ki, Yeltsinin məzarına Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və “Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubays tərəfindən də gül dəstələri göndərilib.

Mətbuatda yayılan fotolarda Moskvadakı Novodeviçye qəbiristanlığında Yeltsinin məzarına gətirilən iki qırmızı qızılgül çələngi əks olunub. Çələnglərədən biri “Rusiya Federasiyasının Prezidentinin adından”, digəri “Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavinindən” yazılmış üçrəngli lentlə bəzədilib.

Bu gün Yeltsinin anadan olmasından 92 il ötür. O, 1991-ci il iyulun 10-dan 1999-cu il dekabrın 31-dək Rusiyaya rəhbərlik edib. 2007-ci ildə Moskvada Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Azpost.info

Əvvəlki məqalə

Rus İcmasının üzvləri Laçın yolundakı etiraz aksiyasına qoşulub

Sonrakı məqalə

3 ölkə Türkiyədə konsulluq işini dayandırıb