“Putin müharibəni dayandırmağa qadirdir” –ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.

Prezident bu barədə ABC News-a müsahibəsində bildirib.

“İndi Putinə nə demək istəyirsiniz?” sualına cavab verən Zelenski bunları deyib: “Mən inanıram ki, o, başladığı müharibəni dayandırmağa qadirdir. Və hətta o, bunu başladığını düşünməsə də belə, yenə qadirdir. Müharibəni dayandırmağın onun bacardığı şey olduğunu inkar etmək olmaz”.

Qeyd edək ki, əvvəlcə UNİAN xəbər yaymışdı ki, martın 3-də Zelenski Putini Ukrayna torpaqlarını tərk etməyə və ya onunla danışıqlar masasına oturmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şoyqu və Akar Ukraynadakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Rusiyaya qarşı sanksiyalar Kubaya turist axınını dayandırıb