Rusiyaya qarşı sanksiyalar Kubaya turist axınını dayandırıb

Rusiyaya qarşı sanksiyalar Kubada da hiss olunmağa başlayıb.

Avropa hava məkanının Rusiya təyyarələri üçün bağlanması Moskva ilə Havana arasında müntəzəm uçuşların ləğv edilməsinə və son bir ildə Kubanın turizm sənayesinin əsas gəlir mənbəyinə çevrilən Rusiyadan turist səfərlərinin dayandırılmasına səbəb olub. Bu da adanın maliyyə gərginliyinin son həddə olduğunu və keçirdiyi kəskin böhran fonunda baş verir.

Rusiyadan Kubaya turizm iki il ərzində demək olar ki, 200 faiz artıb. Rusiya Turoperatorları Assosiasiyası bildirib ki, Rusiya təyyarələri üçün Avropa İttifaqı və Kanadanın hava məkanının bağlanması operatorları Latın Amerikası və Karib hövzəsinə turların satışını dayandırmağa məcbur edib.

Hazırda Rusiyadan olan 5500 turist Kubada dincəlir və onlar daha uzun və daha bahalı marşrutlar üzrə çarter reysləri ilə vətənə qayıdacaqlar.

Kuba üçün xəbərlər dəhşətlidir. Adanın turoperatorları Rusiya turlarının ləğv edildiyini bildiriblər. Bu da bir neçə milyon dollar itki ilə nəticələnəcək, Kubada isə hər dollar dəyərlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Putin müharibəni dayandırmağa qadirdir” –

Sonrakı məqalə

Gürcüstanda lari kəskin ucuzlaşıb