Rusiya prezidenti Vladimir Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.
O, Azərbaycanı strateji əhəmiyyətli tərəfdaş adlandırıb və nümayəndə heyətinin daha yüksək statusa malik olmasını arzuladığını deyib.
“Prezidentin sərəncamı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Açılışda ya prezident, ya da hökumətin rəhbəri iştirak etməlidir”, – Edelgeriyev qeyd edib.
Azpost.info