Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur

Orkhan Ali 10 Aprel 2026 - 15:29 (Last updated: 10 Aprel 2026 - 15:29)
vuqar oruc

“Son günlərdə ölkədə hüquqi və qanuni əsaslarla fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin rəhbərləri AQC-yə müraciət edərək Azərbaycan Qiymətləndiricilər Palatası rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər”.

Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, Palata AQC üzvü olan şirkətlərə və qiymətləndiricilərə inzibati metodlarla təzyiq edərək AQC-dən çıxmağı tələb edir. Əks təqdirdə, Palata üzvlüyündən xaric ediləcəkləri ilə hədələyir. Bunu isə şirkətlərin işində “qüsur” tapmaqla həyata keçirəcəklərini bildirirlər.

“Palata AQC üzvləri tərəfindən formalaşdırılıb. Yəni indiki Palatada təmsil olunanların əksəriyyəti AQC şinelindən çıxıb. Biz sektorun inkişafı üçün çalışırıq və dəfələrlə Palataya əməkdaşlıq barədə müraciət etmişik. Lakin qarşı tərəf monopoliya ideologiyası əsasında çıxış edir. Sektorun inkişafı üçün işlər görmək bir yana, iş görənlərin də qarşısını almağa çalışır. Bu nə deməkdir? Cənab Prezident sektorun inkişafı üçün Palatanın yaradılması barədə sərəncam verdi. Amma Palata öz fəaliyyəti ilə bunun əksini nümayiş etdirir. Bu, birbaşa Azərbaycan dövlətinin prinsiplərinə ziddir”.

Vüqar Oruc onu da bildirib ki, təzyiqlərin qarşısını almaq üçün Cəmiyyət AQC üzvlərinin adlarını rəsmi saytdan çıxarmaq məcburiyyətində qalıb: “Üzvlər müraciət edərək bildirirlər ki, onlar həm ictimai sektorda fəaliyyət göstərmək istəyirlər, həm də biznes maraqları var. Palatanın onları seçim qarşısında qoyması isə ciddi fəsadlara yol açır. Təəssüf edirəm ki, ölkədə dövlət tərəfindən qiymətləndirmə sektorunu tənzimləmə vəzifəsi qoyulan qurum öz resurslarını və bütün fəaliyyətini ictimai sektorun geriləməsinə, xüsusilə də AQC-nin fəaliyyətini məhdudlaşdırmağa sərf edir”.

AQC İdarə Heyətinin sədri bildirib ki, Palatanın qanunsuz QR tələbi dövlət qurumları tərəfindən ləğv olunsa da   proses Palata rəhbərliyi tərəfindən hələ də davam etdirilir.
“AQP həmçinin rəhbəri olduğum Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının üzv ölkələrində də əks təbliğat işi apararaq AQC-ni nüfuzdan salmağa və Türk dövlətlərinin cəmləşdiyi qurumunun daxilində nifaq yaratmağa çalışır. Biz bir daha ictimaiyyət vasitəsilə Palataya müraciət edərək bildiririk ki, sektorda bölücülük yaratmaq fəaliyyətindən çəkinsin. Biz birliyin və sektorun inkişafının tərəfdarıyıq və bunun üçün istənilən müsbət addım atmağa hazırıq”.

AzPost.az

Post navigation

Previous: İnsan bədənində bizimlə birgə yaşayan “faydalı” mikroblar
Next: Prezident onları “Tərəqqi” medalı ilə təltif edib

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.