“Putin ölkəni hara apardığını bilir, onu bütün nəsillər dəstəkləyir”.
Azpost.info bildirir ki, bu sözləri Kremin mətbuat katibi Dmitri Peskov “Yeni üfüqlər” marafonunda çıxışı zamanı deyib.
Peskov bildirib ki, bütün müharibələr sülhlə bitir: “Rusiyanın səsini eşidəcəklər, biz özümüzə əmin halda ayaq üstə duracağıq”
Onun sözlərinə görə, Rusiya indəyə qədər görünməşiş informasiya təzyiqi ilə üzləşib. “Biz beləsini yüz ildə görməmişik”. Onun fikrincə, Rusiya bütün çətinliklərin öhdəsindən gələcək.
“Rusiyanı təcrid etmək mümkün deyil. Bizim zəmanədə dünynın altıda birini tutan hissəni nə siyasi, nə iqtisadi, nə diplomatik, nə də informasiya baxımından təcrid etmək mümkün deyil”-deyə Peskov vurğulayıb.