Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.
TASS agentliyinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bəyanatda deyilir: “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə, pravoslav Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq, 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il günün sonuna qədər atəşkəs elan edilir”.
Moskva Ukrayna tərəfinin Pasxa atəşkəsi ilə Rusiyanın nümunəsini izləyəcəyini gözləyir.
Putin həmçinin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində hərbi əməliyyatları dayandırmağı, lakin düşmənə cavab verməyə hazır olmağı tapşırıb.