Putin Polad Bülbüloğlunu təbrik etdi:"Parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir"

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə Kremlin saytında məlumat verilib.

“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, – deyə təbrikdə qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir