Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın dövlət başçısı Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir.

Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.

Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Əvvəlki məqalə

Bayden Rusiyaya qarşı sanksiyaları gücləndirən yeni sərəncam imzalayıb

Sonrakı məqalə

Azərbaycan və Rusiya XİN rəhbərləri regional vəziyyəti müzakirə edib