Rusiyanın sanksiyaları altında olan əcnəbilərin vəsaitləri bloklanacaq

Rusiya prezidenti Vladimir Putin Moskvanın sanksiyalarına məruz qalan xarici təşkilatların və vətəndaşların vəsaitlərinin və əmlakının bloklanması haqqında qanun imzalayıb.

Azpsot.info xəbər verir ki, sənəd maliyyə əməliyyatlarının qadağan edilməsinə və ya məhdudlaşdırılmasına yönəlmiş xüsusi iqtisadi tədbirlərin həyata keçirilməsinə vahid yanaşmanı nəzərdə tutur.

“2018-ci ildə Ukraynanın qeyri-dost hərəkətlərinə cavab olaraq Rusiya prezidenti Vladimir Putin bəzi Ukrayna təşkilatlarına və vətəndaşlarına qarşı xüsusi iqtisadi tədbirlər tətbiq etmək qərarına gəlib. Hesabatda deyilir ki, o vaxtdan bəri hüquq-mühafizə təcrübəsi formalaşıb, ona uyğun olaraq bu qanun hazırlanaraq qəbul edilib”, – məlumatda deyilir.

Azpsot.info

Əvvəlki məqalə

Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət edib

Sonrakı məqalə

Sumqayıtda şadlıq evində çıxan yanğın məhdudlaşdırılıb