Sumqayıtda şadlıq evində çıxan yanğın məhdudlaşdırılıb

Havanın küləkli olmasına baxmayaraq Sumqayıt şəhərindəki “Green House” şadlıq evindəki yanğın geniş sahəyə yayılmasına imkan verilmədən yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.