Putin, Tramp və Səudiyyə kralı neft barədə yeni razılaşmadan danışıblar

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz Əl-Səud arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, liderlər neft hasilatının azaldılması ilə bağlı OPEK+ çərçivəsində əldə olunan razılığı dəstəkləyiblər.

Bundan başqa, Putinlə Tramp arasında ayrıca telefon danışığı olub. Rusiya və ABŞ liderləri neft bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bir daha OPEK+ formatında neft hasilatının azaldılması ilə bağlı razılaşmanın böyük əhəmiyyəti vurğulanıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədəki karantin iğtişaşlarına görə Daxili İşlər naziri istefa verdi:

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub