Putin və Lukaşenko KTMT-nin İrəvanda keçiriləcək iclasını müzakirə ediblər

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı KTMT-nin qarşıdakı iclasını müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ticari-iqtisadi əməkdaşlıq çərçivəsində Belarus-Rusiya münasibətlərini, həmçinin 2022-ci ilin sonuna qədər keçiriləcək görüşlərin cədvəlini də müzakirə ediblər.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası noyabrın 23-də İrəvanda keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

“Ərdoğan Putinlə görüşüb “taxıl sazişi”ni müzakirə etməyi planlaşdırır”

Sonrakı məqalə

“Şanlı bayrağın əbədi dalğalansın!”